AZ

“Səni Axtarıram” məhkəməyə verilir

"ARB" kanalında yayımlanan “Səni Axtarıram” proqramının efirində hüquqlarının pozulduğunu iddia edən qadın mətbuat vasitəi ilə şikayətini ünvanlayıb.

Publika.az xəbər verir ki, bu barədə Oxu24.com saytına müraciət edən Pərvanə Məhərrəmova özü məlumat verib.

Qadının sözlərinə görə, Xoşqədəm Hidayətqızının müəllif və aparıcısı olduğu “Səni Axtarıram”proqramında onun xərçəng xəstəsi olması barədə efirdə həqiqətə uyğun olmayan məlumat səsləndirilib. Bu saxta məlumatdan sonra ailə dərin sarsıntı keçirib .Daha sonra isə əsl həqiqət üzə çıxanda,ailə sözün əsl mənasında şok keçirib. Qadının sözlərinə görə,təkrar müayinələrdən sonra onun xərçəng xəstəsi olmamamsı üzə çıxıb.

“Mən ailə məsələlərimlə bağlı Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı olduğu “Səni Axtarıram” verilişinə müraciət etdim. Verilişdə problemlər müzakirə olunan zaman 16 noyabr 2024-cü il tarixdə “Səni Axtarıram” proqramının yayımlanmış növbəti bölümü zamanı Xoşqədəm Baxşəliyeva mənim 4-cü dərəcə qarın boşluğuna yayılmış xərçəng xəstəsi olduğumu canlı yayımda bildirdi. Bu xəbərdən sonra studiyada olan valideynlərim,ekran başında efiri izləyən övladlarım şok keçirdilər. Mən özüm də bu xəbərdən çox sarsıldım. O anda nə edəcəyimizi bilmirdik. Qoyulan diaqnoz əsasında iki ay ərzində məni 5 dəfə “kimyaterapiya” etdilər. Terapiya aldığım müddətdə halsız olmağıma rəğmən efirə çıxmağa məcbur edilirdim.Sən demə Xoşqədəm Hidayətqızı yaratdığı saxta xəstəlik şousu ətrafında reytinq qazanırmış”,- deyə şikayətçi bildirib.

Pərvanə Məhərrəmovanın sözlərinə görə,ona xərçəng diaqnozu qoyulandan sonra Gürcüstana qayıdıb. Orada müayinələrdən keçən zaman məlum olub ki,onda heç bir xərçəng xəstəliyi yoxdur.

Məlumat üçün qeyd edək ki, xəstənin ilkin müayinəsi “MedEra” Hospitalının həkimləri tərəfindən edilib. Daha sonra həmin müayinələr və analizlər əsasında çıxarılan tibbi nəticələr əsasında Milli Onkologiya Mərkəzinin həkimi Anar Məmmədov xəstəni qəbul edib. Ona ağır xərçəng xəstəsi olması diaqnozunu qoyub və “kimyaterapiya” proseslərinə başlayıb.

Oxu24.com Gürcüstanda Pərvanə Məhərrəmovanı müayinə edən klinika ilə əlaqə saxlayıb.

Seçilən
98
8
publika.az

9Mənbələr