AZ

Prezident vəzifəsindən uzaqlaşdırılan Yoon sərbəst buraxıldı

Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra prezident postundan uzaqlaşdırılan Yoon Suk Yeol azadlığa buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Seul Mərkəzi Dairə Məhkəməsi Yoonun saxlanması ilə bağlı şikayətini qəbul edib.

Məhkəmənin qərarından sonra Yoon azadlığa buraxılıb.

Qeyd edək ki, Yoon 3 dekabr 2024-cü ildə elan edilən hərbi vəziyyətlə bağlı ittihamnamənin qanunsuz olduğunu əsas gətirərək həbs qərarına etiraz etmişdi.

Seçilən
28
operativmm.az

1Mənbələr