AZ

Santuş Azərbaycana Portuqaliyadan direktor gətirir - ŞOK MƏLUMAT!

AFFA-nın yeni texniki direktoru portuqaliyalı ola bilər. Bu haqda Sportinfo.az-a bu ölkədən olan idman jurnalistlərindən biri məlumat verib. Onun bildirdiyinə görə, Fernandu Santuş Portuqaliyada axtarışa çıxıb. Belə ki, 2024-cü ilin yayında AFFA ilə 4 illik müqavilə bağlamış millinin baş məşqçisi bir neçə klub funksioneri ilə əlaqə saxlayıb. Mütəxəssis onlara Azərbaycanda görmək istədiyi iş barədə danışıb. Deyib ki, o, federasiya rəhbərliyinə texniki direktor vəzifəsində dəyişiklik etməyi məsləhət görüb. Santuş bu məqsədlə namizədlərdən ibarət siyahı hazırlamağı öz üzərinə götürüb. 70 yaşlı çalışdırıcı söhbət etdiyi köhnə tanışlarından Azərbaycanda işləmək istəyib-istəmədiklərini soruşub. Onlardan biri bu təklifə maraq göstərib. Bizə məlumat verən jurnalist həmin funksionerin adını açıqlamayıb.
Hazırda AFFA-nın texniki direktoru Cahangir Həsənzadədir. Neçə ildir bu vəzifədə əyləşib.
O, federasiyanın keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun ən yaxın kadrlarından biri hesab olunur.
«Caqa» ləqəbli direktordan narazılıq çox böyükdür. Onun xüsusən aşağı yaş qrupları üzrə millilərlə bağlı apardığı siyasət futbol ictimaiyyətində hiddət doğurub. Kimi gəldi yığmaların sükanı arxasına əyləşdirən Həsənzadənin yarıtmaz seçimləri səbəbindən millilər son bir neçə ildə beynəlxalq arenada biabırçı nəticələr əldə edib.

Seçilən
15
sportinfo.az

1Mənbələr