AZ

Tanınmış aparıcı: “Ən böyük hədiyyəmi ondan gözləyirəm”

“Mənim üçün quru təbrik də gözəldir, yetər ki, onu özü yazsın”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Günay Firudinqızı deyib.

O, bayramlarda, o cümlədən də 8 Mart Beynəlxalq Qadınlar günündə heç kimdən hədiyyə gözləmədiyini bildirib:

“Mənim üçün quru təbrik də gözəldir, yetər ki, onu özü yazsın. Hazır olan cümlələri və şəkilləri göndərməsin. Bir cümlə də yazsa, bunu dəyərləndirirəm ki, öz duyğuları ilə özəl olaraq yazıb mənə göndərib.

Kimdənsə nə isə gözləmirəm. Gözləntimi kəsmişəm. İnsanın kimdənsə gözləntisi olanda çətin yaşayır. Gözləntisi olmayanda daha rahat yaşayır. Heç kimdən heç nə gözləmirəm. Adi bir gül dəstəsi belə… Allahdan başqa heç kimdən heç bir hədiyyə gözləmirəm. Tək bayramlarda yox, zər zaman. Gözlədiyim bütün mükafatlarımı da Allah verir”.

Aparıcı övladının ona bağışladığı hədiyyələri dünyanın ən ülvi hədiyyəsi kimi dəyərləndrib:

“Ən gözəl hədiyyə övladımdan alacağım hədiyyə olacaq. Mənə ana barədə videolar göndərir. Onlara baxanda gözlərim dolur və duyğulanıram. Hesab edirəm ki, dünyanın ən gözəl hədiyyəsini almışam. Sevdiyim insanların sağlığı nəinki bayramlarda hər gün üçün böyük hədiyyədir”.

Cəvahir

Seçilən
30
yenicag.az

1Mənbələr