07 mart 2025-ci il tarixində YAP Ağstafa rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ərazi Partiya Təşkilatlarının nümayəndələri və partiya fəalları iştirak ediblər.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək bildirib ki, ölkəmizdə qadın hərəkatının, dövlət qadın siyasətinin dövlət səviyyəsinə qaldırılması məhz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətdə olduğu illərdə bu yönümdə bir çox qanunlar qəbul olundu, fərman və sərəncamlar imzalandı. Bu gün Azərbaycanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasəti böyük yüksəliş mərhələsinə qədəm qoyub, qadınlara göstərilən dövlət qayğısı artıb, qadınlarımız cəmiyyətimizdə mühüm rola malikdirlər. 44 günlük Vətən müharibəsində xalqımıza Şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin analarının da məhz, fədakar Azərbaycan qadını olduğu vurğulanıb.
Etibar Hacıyev bayram münasibətilə bütün xanımları təbrik edib, onlara xoş arzularını çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən xanımlara təşəkkürnamə, gül dəstəsi və bayram hədiyyələri təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.