Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq ATƏT-in Minsk qrupunun işğalçıları müdafiə etdiyini qeyd edib:
"ATƏT-in Minsk qrupu deyə bir qrum faktiki olaraq tanınmır. "Fəaliyyəti" dövründə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməmək bu münaqişənin 30 il uzanmasına, Ermənistanın xeyirinə yekunlaşmasına çalışdı. Düşünürəm ki, bu fəaliyyətsizlik və qanunsuz mövqeyinə görə rəsmi Bakı ATƏT-in Minsk qrupunu məhkəməyə verməlidir.
ATƏT-in Minsk qrupunun həmsədrləri uzun illər ortaq fikirlərlə çıxış edib işğal prosesini uzatsa da, Rusiyanın Ukrayna ərazilərini işğalı vəziyyəti dəyişdi. Əslində bu bir daha işğalçını müdafiə etmənin fəsadları idi. ABŞ və Fransa Rusiya ilə format çərçivəsində danışıqlardan imtina etdi.
Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi, regionun problemləri region ölkələri tərəfindən həll edilməlidir. Əgər bu yanaşma illər öncə tədbiq edilsə idi, münaqişə bu qədər uzamazdı. Hesab edirəm ki, Prezident İlham Əliyevin təklifi gələcək perspektivdə münaqişələrin həlli baxımından daha effektlidir. Faktiki olaraq bu gün Azərbaycan Ermənistan danışıqları davam edir. Bu danışıqlarda kifayət qədər uğurlar əldə edilib. Hətta iki bənd istisna sülh müqaviləsi hazırdır".
Zeynəb Mustafazadə