Bakı, 7 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral ayları ərzində 8 min 375 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, onların 54,91 faizini kişilər, 45,09 faizini isə qadınlar təşkil edib.