AZ

Yığmada sirli ayrılıq – Seymurun başına nə gəlib?

Bilindiyi kimi, AÇ-2026-nın əsas mərhələsində Yunanıstan yığması ilə üz-üzə gələcək futzal millimizin heyətində dəyişiklik edilib. Belə ki, baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire”dan Fərid Abbasov qatılıb.

Maraqlıdı ki, Futzal Federasiyasının rəsmi saytında yayınlanan xəbərdə Seymurun düşərgədən ayrılmasının səbəbi qeyd edilməyib. “Football-plus.az” məsələni araşdırmaq məqsədilə federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladı. O, saytımıza açıqlamasında ayrılığı oyunçunun ailə məsələləriylə izah etdi.

Əlavə edək ki, məşqlərdə zədələnən Rövşən Hüseynli də düşərgədən ayrılmağa məcbur olub.

KƏNAN BAHADIR

Seçilən
14
football-plus.az

1Mənbələr