AZ

Azərbaycan və Sinqapur arasında vergi inzibatçılığına dair qabaqcıl təcrübələr nəzərdən keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi,Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA)prezidenti Orxan Nəzərli Sinqapurun Daxili Gəlirlər İdarəsininrəhbəri və baş icraçı direktoru Fuk Çuen Ou ilə videoformatda görüşkeçirib.

Trend bu barədə Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin əhatədairəsinin genişləndirilməsi, vergi inzibatçılığı sahəsindəəməkdaşlığın prioritetləri və hüquqi-normativ bazasının yaradılmasımüzakirə edilib.

Görüş zamanı ölkələrimiz arasında vergi əməliyyatlarıçərçivəsində risklərin idarə edilməsi, qarşılıqlı məlumatmübadiləsi, rəqəmsal vergi inzibatçılığı, vergi fırıldaqçılığı vəvergidən yayınma halları ilə effektiv mübarizə və s. məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, vergi sahəsində ikitərəfli əlaqələrin daha damöhkəmləndirilməsinin zəruriliyi vurğulanıb, inzibatçılığıntəkmilləşdirilməsinə dair qabaqcıl təcrübələr nəzərdənkeçirilib.

IOTA prezidenti Orxan Nəzərli Fuk Çuen Ounu təşkilatın Bakıdakeçiriləcək 29-cu Assambleyasında iştiraka dəvət edib.

Seçilən
70
10
az.trend.az

10Mənbələr