AZ

Coşqun Diniyevi yenidən Tuncay Şanlı çalışdıracaq

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin çıxış etdiyi “Çorumspor”un yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Türkiyə klubunu məşhur futbolçu Tuncay Şanlı çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

O, baş məşqçi postunda Serkan Özbaltanı əvəzləyib.

Yeni baş məşqçi ilə müqavilə imzalanma mərasimi bu gün keçiriləcək. Şanlı bunadək “Sakaryaspor” və “Umraniyəspor”a rəhbərlik edib. O, sonuncuların baş məşqçisi kimi də Coşqun Diniyevi çalışdırıb.

Seçilən
29
fanat.az

1Mənbələr