AZ

Ukraynada “F-16” və “Mirage-2000” qırıcıları iş başındadır – Yüzlərlə rus raketi vurulub

Ukraynanın “F-16” və “Mirage-2000” çoxməqsədli qırıcıları ötən gecə hava hücumundan müdafiə qüvvələrinə Rusiyanın 34 raketini və 100 pilotsuz təyyarəsini vurmağa kömək edib. Xatırladaq ki, martın 7-nə keçən gecə rus işğalçıları mühüm infrastruktur obyektlərinə müxtəlif növ hava, quru və dəniz raketləri ilə birgə zərbə endiriblər.

"Zərbənin əsas istiqaməti Ukraynanın qaz hasilatı obyektlərinə yönəldilib", - Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının “Facebook”-dayaydığı açıqlamada deyilir.

İlkin məlumatlara görə, Hərbi Hava Qüvvələrinin radiotexniki bölmələri tərəfindən düşmənin 261 hava hücumu texnikası - 67 müxtəlif təyinatlı raket və 194 hücum PUA və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının imitatoru aşkar edilərək zərərsizləşdirilib.

“AzPolitika.info”

Seçilən
73
1
azpolitika.info

10Mənbələr