AZ

Xaçmaz rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bakı. Trend:

Xaçmaz rayonunda şəhid analarının və həyat yoldaşlarının eləcədətəhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəalqadınların iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeydolunub.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumatverilib.

Məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli LiderHeydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri düzüb, xatirəsiniehtiramla anıblar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndərHeydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmişşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qadınları8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, ən xoşarzularını çatdırıb. Bildirib ki, qadınlarımız bütün dövrlərdə özistedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizinqorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.Analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 ilişğal altında qalan torpaqlarımızı azad etdilər. Hazırda Azərbaycanqadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdəuğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəniproseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyüktöhfələr verirlər.

"Ulduzlar" ədəbi məclisinin sədri, şair Fərzalı Həsənov, şəhidanası Hicran Məlikməmmədova və digər çıxış edənlər Azərbaycanqadınlarının tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafıüçün həyata keçirdikləri fəaliyyətdən söz açıblar.

Qadınlar göstərilən yüksək diqqət və qayğıya görə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidentMehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə rayonun ictimai həyatında fəal iştirak edən qadınlarınbir qrupu Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub,eləcə də şəhid analarına və bütün xanımlara hədiyyələr, gülcələngləri təqdim edilib.

Sonda yerli mədəniyyət işçilərinin hazırladığı geniş konsertproqramı təqdim olunub. Bir-birindən maraqlı ifalar iştirakçılardaxoş ovqat yaradıb.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Seçilən
38
az.trend.az

1Mənbələr