AZ

ABŞ Ukraynaya 114 milyard dollar həcmində yardım göstərib - Zelenskinin Ofisi

BAKI,TurkicWorld

Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ABŞ hakimiyyəti Kiyevə ümumilikdə 114 milyard dollar maliyyə yardımı edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak məlumat verib.

Podolyak, 2022-ci ilin fevral ayından etibarən ABŞ-ın Ukraynaya 300-500 milyard dollar həcmində yardım göstərməsi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib.

"ABŞ-ın Ukraynaya ümumi yardımı 114 milyard dollardır, 300 və ya 500 milyard deyil", – deyə Podolyak vurğulayıb.

O əlavə edib ki, ABŞ-ın göstərdiyi maliyyə dəstəyinin əsas hissəsi hərbi sektora yönəldilib. Podolyakın sözlərinə görə, Ukraynaya göndərilən silahların dəyəri ümumi yardımın təxminən üçdə ikisini təşkil edir.

"Bu məbləğin üçdə ikisi Amerika müdafiə şirkətləri tərəfindən alınıb", – deyə Podolyak qeyd edib.

Seçilən
12
turkic.world

1Mənbələr