Paytaxt küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 90-GU-540 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Yasamal rayonunda qeydə alınmış görüntüdə “sağ-sol” edən sürücü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Binəqədi rayonunun müxtəlif ərazilərində çəkilmiş videolarda da o, yenidən sərt manevrlər edərək özüylə yanaşı digər hərəkət iştirakçılarına təhlükə yaradıb.
Nərmin