AZ

Bağırov Bakıda metro açılışında - Tarixi video

Sosial şəbəkələrdə 39 il öncə Bakıda çəkilmiş video paylaşılıb. 1986-cı ildə Metropolitenin “Elmlər Akademiyası” - “Memar Əcəmi” stansiyalarının açılış mərasimindən hazırlanmış reportaj unikal kadrlarla zəngindir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Azərbaycan Kommunist Partiya Mərkəzi Komitəsinin 1-ci katibi (ölkənin o vaxtkı rəhbəri) Kamran Bağırov, Metropolitenin rəisi İqor Xankişiyev, Bakı Tunel Tikinti İdarəsinin rəisi Əlövsət Əbdülrəhimov və başqa rəsmi şəxslər iştirak edir.

Kadrlarda Ramiz Mehdiyev də görünür. Həmin vaxtlar R.Mehdiyev Mərkəzi Komitədə şöbə müdiri vəzifəsini tutub.

Seçilən
9
2
axar.az

3Mənbələr