AZ

“Sabah”ın baş məşqçisi Qazzayevin komandasında - FOTO

Moskva ÇSKA-sı UEFA Kubokunu qazanmasının 20-ci ildönümünə həsr olunmuş qala-oyun təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, Rusiya klubu mayın 18-də bu münasibətlə dünya ulduzları ilə qarşılaşacaq.

Moskvanın “VEB Arena” stadionunda baş tutacaq görüş üçün ÇSKA-nən heyəti açıqlanıb. Öncədən bəlli olduğu kimi, “Sabah”ın baş məşqçisi olan Vasili Berezutski də dəvətlilər arasındadır.

“Qırmızı-göylər”in heyətində həmçinin İqor Akinfeyev, Vladimir Qabulov, Sergey İqnaşeviç, Aleksey Berezutski, Yuri Jirkov, Yevgeni Aldonin, Daniel Karvalyo, Çidi Odiah, Osmar Ferreyra, Yuris Layzans, Vaqner Lav, Miloş Krasiç, Dmitri Kiriçenko, Dudu, Sergey Samodin, Aleksandr Saluqin, Rolan Qusev, İvitsa Oliç, Elver Rahimiç və Vitali Denisov olacaqlar.

Komandaya Valeri Qazzayev baş məşqçilik edəcək.

2005

Seçilən
33
sportinfo.az

1Mənbələr