Mübahisədən sonra ailə fərdləri öz otaqlarına çəkiliblər. Gecə yarısı Abdulsamet Yayaşit atası Seyithan ilə anası Zozan Yayaşiti güllələyib və bıçaqlayıb. Qaçmağa çalışan qardaşı Mücahit Yayaşitin də boğazını kəsərək öldürüb. Polis tərəfindən saxlanılan Abdulsamet ilk ifadəsində “Atam mənə ögey övlad kimi davranırdı” deyib.
Haqqında Ağır Cinayətlər Məhkəməsində “Qadını qəsdən öldürmə”, “Yaxın qohumu qəsdən öldürmə”, “Vəhşiliklə və işgəncə ilə öldürmə” maddələri ilə 3 dəfə ağırlaşdırılmış həbs cəzası istənilən qatil ilk məhkəməsində deyib ki, atası onu uşaq ikən həmişə döyüb, hadisə günü isə ona bıçaq çəkib.
Məhkəmədə hadisələrin yeganə şahidi olan qatilin 8 yaşlı oğlu da danışıb:
“Otağın işığını yanılı qoyduğu üçün yatmamışdım. Atam babama və əmimə qışqırırdı. Silahla atəş açaraq onları öldürdü. Babamın yanağından bıçaqla dəlik açaraq boynundan kəsdi. Nənəmin boğazını kəsdi. Bütün yaşananları gördüm”.