AZ

"Bu həyatda heç kimin səmimiyyətinə inanmıram”

Müğənni Türkan Vəlizadə ATV-də yayımlanan “Rəngarəng” verilişində qonaq olub. Missiya.Az xəbər verir ki, proqramın aparıcısı Zaur Nəbioğlu “Bu yaxınlarda Elgiz Əkbərin bir videosunu gördüm. Orada deyirdi: “Mən Türkan Vəlizadədən çox digər xanım ifaçını bəyənirəm” deyə Türkana bildirib.İfaçı cavabında qeyd edib: “Heç kimə deyə bilmərəm ki, məni sev. Zövqlər müxtəlifdir. Hər kəs məni sevməyə bilər. Kimisi sevir, kimisi sevmir. Hamının xətri mənim üçün əzizdir. Yəqin bu da onun fikridir, hörmətlə yanaşıram və təşəkkür edirəm. Ola bilər... Mən bu məqamlara görə artıq insanların səmimiyyətinə inanmıram. Məni görən zaman üzümə gülürlər, qarşıma gələrək gözəl münasibət göstərirlər. Sonra isə arxada, efir önünə keçən kimi müəyyən sözlər danışırlar. Bu həyatda heç kimin səmimiyyətinə inanmıram”.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
44
missiya.az

1Mənbələr