ABŞ-ın kriptovalyuta rəhbəri Devid Saksın açıqlamasından sonra “Bitcoin” sürətlə ucuzlaşıb.

İndex.az xəbər verir ki, Devid Saksın strateji “Bitcoin” ehtiyatını maliyyələşdirmək üçün vergi ödəyicilərinin vəsaitlərindən istifadə etməyəcəyini bildirib.

Bu açıqlamadan sonra “Bitcoin”, 2,1% ucuzlaşaraq 87 min 927 dollara enib.

“Ether”, XRP, “Cardano” və “Solana” kimi digər rəqəmsal aktivlər də ən azı 2% dəyər itirib.