AZ

Deputat yanacaqdoldurma məntəqələrindən şikayətləndi

Milli Məclisdə “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub.

Sitat.info xəbər verir ki, deputat Razi Nurullayev bildirib ki, qanun layihəsində yanacaqdoldurma məntəqələrinin lisenziyalaşdırılması məsələsi də var.

Deputat vacib bir məsələdən bəhs etmək istədiyini deyib:

“Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Müxtəlif üsullarla maşınlara vurulan yanacağın həcmini azaldır və yaxud digər vasitələrdən istifadə edirlər. Şəxsən özüm bir neçə dəfə “Lukoil” yanacaqdoldurma məntəqəsində qanun pozuntusu - fırıldaqçılıqla rastlaşmışam.

Ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar, ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır və həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir ki, davam edir və bu gün də eyni pozuntular baş verməkdədir”.

Razi Nurullayev əlavə edib ki, digər pozuntu müxtəlif yanacaqdoldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlıdır:

“Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 km fərq edir? Çünki benzin oğurlanır və bu rəqəm gündə on tonlarla ölçülür. Mən aidiyyəti qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram”./ Musavat.com

Seçilən
110
22
sitat.info

10Mənbələr