AZ

Zülfüqarov: Qarşıdurmaların nüvəsində imperalist maraqlar dayanır

Zülfüqarov:

“ABŞ prezidenti Donald Tramp Avropaya sadə dillə deyir ki, sizin təhlükəsizliyiniz Amerika maliyyəsi ilə təmin olunur, amma siz bizimləiqtisadi rəqabət aparırsınız və bəzi hallarda yaşayış səviyyəsi bizdən daha yaxşıdır. Tramp düşünür ki, Avropanın təhlükəsizliyi üçün Amerika pul xərcləyir, əvəzində Avropa Amerikaya iqtisadi rəqib kimi baxır. Məsələn, elə götürək avtomobil sənayesini. Eyni zamanda Avropanın öndə gələn təyyarə şirkətləri “Boeing” ilə rəqabətdədir, az qala, onu ötüblər. Hesab edirəm ki, Avropanı yerində oturtmaq ABŞ-nın çoxdankı məqsədi idi”.

Bunu Reyting.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Zülfüqarov qeyd edib ki, bu müddət ərzində ABŞ-dan yüksək səviyyədə yararlanan Avropa bəzən Vaşinqtona açıq narazılıqlarını bildirib: “Məsələn, Fransa prezidenti Makron bir ara deyirdi ki, biz Amerika ilə müttəfiqik, amma Amerikada mavi yanacaq Fransadan bir neçə dəfə ucuzdur. Açığı, görünən odur ki, bu siyasi və diplomatik qarşıdurmaların, tənqidlərin, fikir ayrılıqların nüvəsində imperalist maraqlar dayanır. Hər kəs daha çox qazanmaq, əldə etmək, nəzarət etmək haqqında düşünür. Xüsusilə də indiki Amerika rəhbərliyi”.

Sabiq nazirin sözlərinə görə, indi Çin də qlobal güc kimi ortaya çıxıb və mənzərə tam aydın deyil: “Aydın olan bir şey var - qarşıdurmaların arxasında iqtisadiyyat və pul maraqları dayanır. Yəni imperalist maraqlar”.

Y. QACAR
Seçilən
51
reyting.az

1Mənbələr