AZ

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin plenar iclasında çıxış edib



Hörmətli həmkarlar, bildiyiniz kimi, sabah Qadınlar Gününü qeyd edəcəyik. Və onu da deyim ki, bu gün burada qadınların üçün bir çox təbriklər səsləndi, hörmətli həmkarlarımız bizləri təbrik etdilər. Mən Milli Məclisin adından bizə - qadınlara səslənən təbriklərə görə minnətdarlığımı bildirirəm.
Hər bir cəmiyyətin inkişaf səviyyəsi və onun potensial imkanları bir çox cəhətdən qadınların vəziyyəti ilə müəyyən olunur. Bunu biz hamımız çox yaxşı bilirik. Çünki qadınlar ailə və təhsildən başlayaraq siyasətə, elmə, incəsənətə qədər həyatın bütün sahələrində mühüm rol oynayırlar.
Hörmətli həmkarlar, mən bayram münasibəti ilə Milli Məclisin qadın deputatlarını və əməkdaşlarını, burada bizim fəaliyyətimizi işıqlandıran qadın media mənsublarını - onlar orada bizimlə bərabər işləyirlər - bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edirəm. Onlara möhkəm can sağlığı, firavanlıq və ailə səadəti arzulayıram.
Hörmətli həmkarlar, bildiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qadın hüquqlarının müdafiəsi, dövlət və cəmiyyət həyatında qadınların rolunun gücləndirilməsi ilə bağlı fəaliyyətin uğurlarına böyük töhfələr verir.
Və icazə verin, 8 Mart – Qadınlar Günü münasibəti ilə çox hörmətli Mehriban xanıma Milli Məclis adından təbrik məktubu ünvanlayaq və ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq.



Seçilən
28
aia.az

1Mənbələr