AZ

Belə aksiyalar həm də partiyalararası dialoqun inkişafına fayda verir - Elşən Musayev

Prezident Administrasiyasının təşkilatçılığı ilə biz bu Qarabağ turunda, Qarabağda baş verən quruculuq işləri ilə tanış olmaq, həm də bu ərazilərdə görülən işlərin, proseslərin şahidi olmaq, əhalinin məskunlaşması ilə bağlı bilgilər əldə etmək üçün bu əraziyə gəldik. Çox sevindik. Çünki, illər öncə bunu arzulayırdıq. Amma bunu təsəvvür edə bilmirdik ki, biz bu bölgənin həqiqətən də sahibi kimi artıq bura nə vaxtsa gələcəyik. Amma gün, zaman göstərdi ki, biz gəldik və bayrağımızı burada dalğalandırdıq. 

Bu fikirləri "İki sahil” ə açıqlamasında siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin Xankəndi, Əsgəran və Xocalıya təşkil olunan birgə səfərində iştirak edən Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.

Elşən Musayev bildirib ki, artıq Qarabağ Universiteti fəaliyyət göstərir, Qarabağ stadionu qarşımıza panorama olaraq açılır, binalar tikilir, insanlar köçməyə başlayırlar və biz Qarabağın artıq həqiqətən də tam mənada Azərbaycanı bütövləşdirdiyinin şahidi oluruq. Ona görə də bu turu təşkil edənlərə təşəkkür edirik. Belə gözəl aksiyalar həm də partiyalararası dialoqun inkişafına da fayda verir.

Səbinə Kazımova "İki Sahil"
 
 
 

Seçilən
164
1
7news.az

2Mənbələr