Bələdiyyələr bundan sonra satdıqları torpaqları özləri qiymətləndirə bilməyəcəklər.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun bir sıra qanunlarında dəyişikliklər müzakirə olunub.
Belə ki, “Yeni dəyişikliklərə əsasən, torpağın qiyməti bilavasitə bələdiyyələr tərəfindən deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müəyyən ediləcək.
Millət vəkili Vüqar Bayramov hesab edir ki, bu dəyişiklik sözügedən sahədə sui-istifadə hallarının qarşısını almağa yönəlib:
“Dəyişiklik şəffaflığın daha da gücləndirilməsi, maraqların toqquşmasının qarşısının alınması baxımdan vacib idi”.
Bələdiyyə məsələləri üzrə ekspert İlqar Hüseynli isə Bizim.Media-ya açıqlamasında bildirib ki, bu, ciddi bir dəyişiklik deyil. Onun fikrincə, qanunda əgər torpaqların konkret qiymətləri müəyyənləşəcəksə, qüvvədə qalacaqsa, yenə də satışa çıxarmaq bələdiyyələrin işi olacaq.
"Lakin qiymətləndirmə qanunun tələblərinə uyğun bir şəkildə icra ediləcək. Düşünmürəm ki, hər hansı sui-istifadə hallarının qarşısını almağa gətirib çıxara bilər. Bələdiyyələr formalaşdığı ilk dövrlərdə torpaqları satmaq, qiymətləndirmək səlahiyyətlərinə malik idilər. Sonralar bələdiyyələrin statusu haqqında dəyişikliklər oldu.
Torpaqların hərrac yolu ilə satışına dair qərar qəbul edildi. Bu qərar verildikdən sonra bütün satışa çıxarılan ərazi bələdiyyələr tərəfindən çıxarılırdı.
Lakin müvafiq yaradılmış Hərrac Komitəsi tərəfindən qiymətləndirmə satış meyarları üzərindən dəyərləndirilirdi. Qiymətlər kateqoriyalara bölünürdü. Bu üzrə sabit qiymətlər müəyyənləşdirilmişdi. Hərrac Komitəsi də satışı həyata keçirirdi”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta