Avropa liderləri müdafiə xərclərini artırmaq planlarını dəstəkləyib.
AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.
Avropanın dövlət başçıları Donald Trampın ABŞ siyasətindəki dəyişikliyi ilə sarsılan dünyada Ukraynaya dəstəyi davam etdirəcəklərinə söz veriblər.
Aİ liderləri Avropa Komissiyasının onlara müdafiə xərcləri ilə bağlı 150 milyard avroya qədər borc götürmək təkliflərini alqışlayıblar. Bütün 27 üzv dövlətin razılaşdığı birgə bəyanatda liderlər öz hökumətlərini təcili olaraq təklifləri ətraflı şəkildə araşdırmağa çağırıblar.