AZ

Ərəb Liqasının Qəzza planı reallıqdan uzaqdır - ABŞ

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Ərəb Liqasının Qəzza zolağının yenidən qurulması planını “arzu” və “xəyal” kimi qiymətləndirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Vitkoff Ağ Evdə verdiyi açıqlamada Qəzzada mövcud təhlükəli mühitin yenidənqurma səylərini çətinləşdirəcəyini bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı normallaşma prosesindən danışarkən beş illik bir proqram üzərində işləyirdi, lakin bu plan reallıqla üst-üstə düşmür.

Vitkoff, həmçinin Qəzzada partlamamış hərbi sursatların və digər təhlükələrin ciddi risk yaratdığını vurğulayaraq, bütün maraqlı tərəflərin xeyrinə uyğun qərarlar qəbul edilməli olduğunu bildirib.

Tramp administrasiyasının nümayəndəsi Qəzza zolağının yenidən qurulması planını "yaxşı niyyətli addım" adlandırsada, reallıqlara əsaslanan danışıqların davam etdirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Vitkoff, həmçinin HƏMAS-ın məhbus mübadiləsi ilə bağlı "məsuliyyətli və ağlabatan" addımlar atmalı olduğunu, ABŞ-ın bu prosesin qarantı olduğunu və əgər razılaşmaya əməl olunmazsa, İsraillə koordinasiyalı şəkildə hərəkət edəcəklərini qeyd edib.

"Bu gün israillilər Qəzzaya nəzarət edirlər", - deyə Vitkoff əlavə edib və ABŞ-ın İsrailə həm "fiziki", həm də "emosional dəstək" verdiyini bildirib.

Qeyd edək ki, martın 4-də Misirin paytaxtı Qahirədə keçirilən Fövqəladə Ərəb Liqası Zirvəsində Qəzzanın yenidən qurulması üçün plan təqdim edilib və üzv ölkələr bu planı qəbul edib.

Mətbuatda yayılan detallara görə, Qəzzanın yenidən qurulması üçün 53 milyard dollarlıq bir büdcəyə ehtiyac var.

Tramp isə fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında, ABŞ-ın Qəzza zolağını “ələ keçirəcəyini” və “sahibi olacağını” bəyan edib.

Seçilən
12
turkic.world

1Mənbələr