AZ

Mingəçevirdə 75 yaşlı kişi faciəli şəkildə həyatını itirib

Mingəçevir şəhərində 75 yaşlı kişi intihar edib.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə hadisə Az.İES-"Energetiklər" yaşayış massivində, Yadigar Mənsurov küçəsində baş verib.

1950-ci il təvəllüdlü Qocayev Zakir Mürsəl oğlu yaşadığı evdə özünü asaraq öldürüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi-aran bürosu

Seçilən
10
1
bizim.media

2Mənbələr