AZ

Bayram tətilində istirahət qiymətləri necə olacaq?

Bu il Novruz Bayramı ilə Ramazan Bayramı eyni vaxta təsadüf etdiyindən mart ayında bayram tətil günlərinin sayı çox olacaq.

“Heftelik.az” “Xəbər.Az”a istinadən məlumat verir ki, bayram günlərinin çox olması ilə əlaqədar əhali tərəfindən planlaşdırılan səyahətlərə nəzər yetirdikdə bunların bir qisminin ölkədaxili, digərinin isə ölkə xaricinə olması diqqəti cəlb edir

Bəs, turizm sahəsində bu il proqramların qiymətlərində artımlar olacaqmı?

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşırovun bildirdiyinə görə, mart ayında uzunmüddətli bayram günləri ilə əlaqədar əhali artıq öncədən tətil planları quraraq fürsətlərdən yararlanmaq istəyib. Ekspertin sözlərinə görə, regionlarda fəaliyyət göstərən otellər bayram ilə əlaqədar olaraq xüsusui kampaniyalar təklif edirlər. Əgər vətəndaş 1 gün istirahət etməyi nəzərdə tutubdursa otel bonus olaraq əlavə bir gün də istirahət etməyi və ya hədiyyə kimi digər xidmətləri də təklif edərək əhalinin istirahəti üçün daha çox imkanlar yaradırlar:

“Buna görə də, ötən ilə nisbətən bu il bayram günlərində turizm sahəsində qiymətlərin aşırı bahalaşması gözlənilmir”.

Bundan başqa C. Aşırov həmçinin bildirib ki, turizm şirkətləri də fürsətlərdən istifadə edərək əhali üçün endirimli turlar təşkil edib, hər kəsin büccəsinə uyğun olan səyahətlər təklif edirlər.

Əhalnin xarici ölkələrə üz tutan hissəsi isə əsasən Türkiyə, Gürcüstan, Dubay kimi ölkələri seçirlər.

Aparılan araşdırmalardan gəlinən nəticəyə görə, keçən ildən fərqli olaraq bu il nə daxili, nə xarici turizm bazarında qiymətlərində bahalaşma gözlənilmir.

Müəllif: Türkan_zadə

Seçilən
27
heftelik.az

1Mənbələr