AZ

Vəfat edən şəxsin bank borcunu övladları hansı halda ödəməlidir? – VACİB AÇIQLAMA

Bir çox hallarda borclu vətəndaş dünyasını dəyişəndən sonra problemlər ortaya çıxır. Vəfat edən şəxsin borcunu kim qaytarmalıdır və bu proses hansı prosedurlarla həyata keçirilir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran hüquqşunas Mehman Muradlı bildirib ki, vəfat edən şəxsin vərəsələri var:

Böyük

“Ölən adamın övladları da, həyat yoldaşı da onun vərəsəsi ola bilər. Hətta dünyasını dəyişən şəxsin ata, anası da vərəsə sayılır. Vərəsəlik elə bir məsələdir ki, vətəndaş öləndən sonra qalan miras payına şərik olduqları kimi, onun borcuna da şəriklik edirlər. Bu, qanunvericiliyin tələbidir. Adamın əmlakı yoxdursa, vərəsəlik işinin açılması qohumların marağında deyilsə, o zaman borcunu geri istəyən ya hüquqİ, ya fiziki şəxs məhkəməyə müraciət ünvanlayıb vərəsələri müəyyən etdirə bilər. Bununla da həmin borcu geri qaytarmaq üçün konkret ünvan müəyyən olunur”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
27
1
konkret.az

2Mənbələr