Bakı. Trend:
Bu gün Bakı Fond Birjası (BFB) tərəfindən AzərbaycanRespublikasinin Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞdolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlıistiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Trend BFB-yə istinadən xəbər verir.
Belə ki, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200000 ədəd istiqraza 412 investor 220 milyon dollarlıq 510 sifariştəqdim edib. Nəticədə, SOCAR istiqrazlarının abunə yazılışı üsuluilə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb.
Qeyd olunan qiymətli kagızların ticarət nəticələri “Bakı FondBirjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması,Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 bəndinintələblərinə cavab verdiyinə görə Əsas Bazar Listinq seqmentinəalınır.
Yerləşdirmədə sifariş saylarının 4%-ni hüquqi, 96%-ni isə fizikiinvestorlar təşkil edib.
İstiqrazların buraxılışı “Yaşıl enerji” layihələrininmaliyyələşdirilməsi istiqamətində olduğundan istiqrazlar Bakı FondBirjasının “Yaşıl İstiqraz Bazarı” üzrə listinqə alınır və “Yaşılİstiqraz Bazarı” təsnifləşdirməsi üzrə ilk belə istiqrazlardır.İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2003019893 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
İstiqrazların sayı | 200,000 (ədəd) |
İlkin ticarət qiyməti | 1000 ABŞ dolları |
Buraxılış həcmi | 200,000,000 ABŞ dolları |
Nominal (Yerləşdirmə) qiyməti* | 1,000 ABŞ dolları |
Reallaşdırılmış həcm | 200,000,000 ABŞ dolları |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 220,000,000 ABŞ dolları |
İnvestor sayı | 412 |
Sifariş sayı | 510 |
Anderrayter | “PAŞA Kapital İ.Ş” QSC |
Qeyd edək ki, bu ilin yanvarın 14-də Bakı Fond Birjasının (BFB)Listinq Komitəsinin qərarı ilə c istiqrazlarının ticarətəburaxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin qiymətlikağızların abunə yazılışı 15.01.2025-ci ildə başlayaraq28.02.2025-ci il tarixinə kimi davam edib.