AZ

"BunuAzərbaycana qarşı ekoloji terror aktı kimi də qiymətləndirmək olar" — Politoloq

Naxçıvanın Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistanla sərhəddə açıq ərazidə yanğın olub. Ermənistan tərəfindən törədilmiş yanğınla əlaqədar əraziyə dərhal Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Ermənistanın sərhəddə, açıq ərazidə yanğın törətməsi təxribat xarakterlidir:

“Martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Yəni, göründüyü kimi Ermənistanda hələ də təxribatçı qüvvələr qalmaqdadır. Bunlar Azərbaycanla münasibətlərin normallaşmasını imkan vermirlər. Bu yanğın da qəsdən həyata keçirilib. Hələ qış aylarında belədir, yay aylarında Ermənistan tərəfi belə təxribatları geniş şəkildə edə bilər. Bunu  Azərbaycana qarşı ekoloji terror aktı kimi də qiymətləndirmək olar. Azərbaycan bununla bağlı Ermənistana ciddi xəbərdarlıq etməlidir. Sərhəddə erməni hərbçiləri durur. Hərbçilər olan yerə də mülk sakinlərinin girişi qadağandır. Göründüyü kimi belə yanğınları da məhz Ermənistan hərbçiləri həyata keçirir”.

Leyla Turan
Demokrat.az
Seçilən
38
demokrat.az

1Mənbələr