AZ

Laçın və Füzulidə bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb

Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonu və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsi özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edib.

Operativ Media xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Qeyd edək ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb.

Seçilən
46
4
operativmedia.az

9Mənbələr