AZ

Azərbaycandan Rumıniyaya ixrac 17,5 dəfə artıb

2025-ci ilin yanvar ayında Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 115 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 105,3 milyon dollar və ya 12 dəfə çoxdur.

Ötən ay Azərbaycandan Rumıniyaya ixrac olunan məhsulların dəyəri 106,2 milyon dollar olub ki, bu da əvvəlki ilin yanvar ayına nisbətən 17,5 dəfə artım deməkdir. 2024-cü ilin yanvarında bu göstərici cəmi 6,1 milyon dollar idi.

Eyni zamanda, Rumıniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri 8,8 milyon dollar təşkil edib. Bu, illik müqayisədə 5,1 milyon dollar və ya 2,4 dəfə artım deməkdir.

Hesabat dövründə Azərbaycandan Rumıniyaya ixracın həcmi idxalı 97,4 milyon dollar və ya 12,1 dəfə üstələyib.

Qeyd edək ki, 2024-cü il ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 562,8 milyon dollar olub. Azərbaycanın Rumıniyaya ixracı 476,9 milyon dollar, idxalı isə 85,9 milyon dollar təşkil edib.

Fuad Mədətov
Finss.az

Seçilən
35
42
fins.az

10Mənbələr