İspaniya hakimiyyəti moda nəhəngi “Mango”nun sahibi milyarder İsak Andiçin ölümü ilə bağlı istintaqı yenidən açıb.
“Cebheinfo.az” xəbər verir ki, Andiç dekabrın 14-də oğlu Conatanla Barselonanın kənarındakı Monserrat dağında gəzərkən 152 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.
Andiçin ölümündə heç bir şübhəli tapıntıya rast gəlinməyib və istintaq dayandırılıb.
Şirkətin varisi 43 yaşlı Conatan Andiç qəza zamanı atası ilə birlikdə olan yeganə şəxs olub. O, iki dəfə şahid qismində dindirilib.
Müstəntiqlər həmçinin, Andiçin sürücüsü və oğlundan başqa onu sağ-salamat görən sonuncu şəxs olan “Mango”nun həmtəsisçisi Estefania Knuth və hadisə yerinə gedən yerli polis məmurunu da sorğu-sual ediblər.
Hadisə ilə bağlı araşdırma davam edir.