AZ

Yelkənçilərimiz Portuqaliyada beynəlxalq turnirlərə qatılacaqlar

Azərbaycan yelkənçiləri aprel ayında Portuqaliyada keçiriləcək iki beynəlxalq turnirdə çıxış edəcəklər.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, 2011-2014-cü il təvəllüdlü uşaqlar arasında əvvəlcə aprelin 8-10-da “2025 ILCA6 Youth Warm Up”, aprelin 12-19-da isə Avropa çempionatı təşkil olunacaq.

Komandalarımız hər iki yarışa üç idmançı ilə yollanacaq.

Qeyd edək ki, hər iki beynəlxalq turnir Portuqaliyanın Vilamoura şəhərində təşkil olunacaq.

İdman.biz

Məqalədə:
Seçilən
11
2
idman.biz

3Mənbələr