AZ

"Rusiya ölümlərə sərmaye qoyur və təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil"

"Ukraynalılar sülh istəyir, amma bu, Ukraynadan imtina bahasına ola billməz..."
 
Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarına sülhə aparan əsas addımları təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Zelenski Brüsseldə keçirilən Avropa Şurasının iclasında çıxışı zamanı danışıb. Məlumatı "pravda.com" nəşri yayıb.
 
Zelenskinin müraciətində deyilir: "Hər kəs əmin olmalıdır ki, bu müharibənin yeganə mənbəyi olan Rusiya onun başa çatmasının zəruriliyini qəbul edir. Bunu sübut etməyin iki konkret yolu var, hansılar ki, həm həyata keçirilməsi, həm də nəzarət edilməsi baxımından asandır:
 
1. Enerji və digər mülki infrastruktur obyektlərinə hücumların olmaması,  yəni raketlər, bombalar və uzaqmənzilli dronların istifadəsinə dair atəşkəs.
 
2. Dənizdə atəşkəs, yəni Qara dənizdə hərbi əməliyyatların tam dayandırılması".
 
Zelenski qeyd edib ki, növbəti mühüm addım danışıqların şəffaf və etibarlı şəraitdə aparılmasıdır: "Ukraynalılar, bütün avropalılar, amerikalılar, müharibəyə qarşı olan hər bir insan- hamımız rusların bizi aldatmadığını hiss etməliyik".
 
Prezidentin fikrincə, əsirlərin azad edilməsi danışıqlara inamın formalaşması üçün vacib bir addım ola bilər. O, vurğulayıb: "Bütün bu proses ona əsaslanmalıdır ki, istənilən atəşkəs və etimadı möhkəmləndirən istənilən addım yalnız və yalnız müharibənin tam və ədalətli həlli, təhlükəsizlik zəmanətləri və hərtərəfli sülh sazişi üçün bir başlanğıc nöqtəsi ola bilər".
 
"Ukraynalılar sülh istəyir, amma Ukraynadan imtina bahasına ola bilməz..."
 
Zelenski bildirib ki, əsas sual Rusiyanın müharibədən imtina etməyə hazır olub-olmamasıdır və hər hansı danışıqlar buna cavab tapmalıdır. Prezident əmin edib ki, Ukrayna sülh planları və danışıqlar prosesi ilə bağlı bütün detalları Avropa ilə bölüşəcək. Onun sözlərinə görə, sülhün əldə olunmasına yardım göstərən hər bir Avropa dövləti bu prosesin bir hissəsi olmalıdır.
 
Eyni zamanda, Zelenski Avropanı Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələlərin Ukraynanın iştirakı olmadan həll edilməməsi prinsipinə sadiq qalmağa çağırıb. O, bildirib ki, eyni prinsip Avropa ölkələrinin təhlükəsizliyi və bütövlükdə Avropanın müdafiəsi ilə bağlı məsələlərə də aid edilməlidir.
 
"Avropa qitəsində sülhü və bütün Avropa dövlətlərinin maraqlarına hörməti yalnız bu yanaşma təmin edə bilər. Buna görə də biz Avropa maraqlarının lazımi şəkildə təmsil olunması üçün çalışırıq". Prezident vurğulayıb ki, Avropanın təhlükəsizliyinə təsir edən hər bir məsələ Avropanın iştirakı ilə həll olunmalıdır.
 
"Rusiya ölümlərə sərmayə qoyur" - Zelenski Avropaya çağırış edir
 
Zelenski Avropa dövlətlərinə Ukraynaya göstərdikləri dəstəyə görə təşəkkür edib və vurğulayıb ki, Rusiya öz təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil:
 
"Biz hər gün və hər gecə həyatımızı qorumaq məcburiyyətindəyik. Rusiya ballistik raketlərlə şəhərlərimizə hücumlarını davam etdirir. Cəbhə xəttində atəşkəs yoxdur. Diversiya qrupları Sumi və Xarkov vilayətlərindən sərhədi keçməyə çalışır. Moskva ölümlərə sərmayə qoymaqda davam edir- ordusunu genişləndirir və sanksiyalardan yayınmaq üçün yollar axtarır".
 
Onun sözlərinə görə, hazırda Rusiya 220 döyüş təcrübəsinə malik briqadaya sahibdir və beş il ərzində bu sayın 300-ə çatdırılması planlaşdırılır. "Biz həm bu gün, həm sabah, həm də gələcəkdə insanların həyatını qorumaq üçün biz buna reaksiya verməliyik".
Seçilən
17
moderator.az

1Mənbələr