AZ

Yapon baş nazirin prezidentlə gülməli əhvalatı

Yapon baş nazirin prezidentlə gülməli əhvalatı

Yoşiro Mori 2000–2001-ci illərdə Yaponiya Baş naziri və Liberal Demokrat Partiyasının Prezidenti vəzifələrində çalışmış yapon siyasətçisidir. O, vəzifədə olduğu müddətdə rəy sorğularında populyar deyildi və həm baş nazirliyi zamanı, həm də ondan sonra mübahisəli bəyanatları ilə tanınır.
Qlobal.net Mori ilə Klinton arasında yaranmış maraqlı əhvalatı təqdim edir:
Yaponiyanın baş naziri Yoshiro Mori (2000-2001) ABŞ prezidenti Bill Klintonla (1993-2001) görüşməzdən əvvəl tərcüməçisi ona deyib:

 “Cənab Klintonla əl sıxışanda ondan belə soruşun: "How are you? (“Necəsən?”). Klinton belə cavab verəcək: ""Fine, and how are you?" (“Əlayam, sən necəsən?”). Siz də ona belə cavab verməlisiniz: "Ме tоо" (“Mən də”). Bundan sonra mən tərcüməçi kimi işə başlayacağam”.

Görüş zamanı prezident Klinton və baş nazir Mori üz-üzə gələndə yapon siyasətçi sözləri tələffüz edərkən bir balaca çaşır və "How are you?" demək əvəzinə soruşur: "Who are you? (“Sən kimsən?”). Klinton yüngülvari zarafat etmək qərarına gəlir və cavab verir: “I am Hillary Clinton's husband...” (“Mən Hillari Klintonun əriyəm...”). Mori deyir: “Me too” ("Mən də...").

Murad
Qlobal.net
Seçilən
17
qlobal.net

1Mənbələr