Çinin "Alibaba" şirkətinin süni intellekt sahəsində fəaliyyət göstərən "Qwen" bölməsi "QwQ-32B" adlı yeni süni intellekt modelini təqdim edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Qwen"-in sosial şəbəkəsində paylaşım edilib.
Şirkət "QwQ-32B"-ni “DeepSeek”-in hazırladığı "R1" modeli ilə rəqabət aparacaq səviyyədə olduğunu bildirir.
"GitHub" bloqunda qeyd edilib ki, "QwQ-32B" modeli keyfiyyət baxımından R1-ə bərabərdir, lakin "QwQ-32B" cəmi 32 milyard parametrlə işləyir, R1-də isə 671 milyard parametr mövcuddur (onlardan 37 milyardı aktivdir).
Qeyd edək ki, bundan əvvəl R1-in "OpenAI"-nin, yəni "ChatGPT"-nin yaradıcısının texnologiyalarına bənzədiyi bildirilmişdi.
Eyni zamanda, R1-in hazırlanması 6 milyon dollardan az vəsait tələb edib, halbuki Silikon Vadisi şirkətləri oxşar texnologiyalar üçün milyardlarla dollar xərcləyir.
"Alibaba" şirkətinin səhmləri 6 martda Honq-Konq birjasında 8,4 % bahalaşıb.