AZ

“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azia.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda nəzəri-praktiki təlim keçirilmişdir.

Hərbi hissənin şəxsi heyətinin və Fövqəladə Hallar Nazirliyinin yerli əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə əvvəlcə təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə geniş məlumat verilmişdir.

Praktiki hissədə şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən xüsusi xilasetmə alət və avadanlıqlarının köməyi ilə xilas edilərək “zərərçəkmişlərə” təxirəsalınmaz ilkin yardımın göstərilməsi, eyni zamanda qəza zamanı ətrafa yayılan yanğının qısa müddətdə söndürülməsi icra edilmişdir.

Təlimin nəticələri təhlil olunmuş, təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

zi




Seçilən
11
1
azia.az

2Mənbələr