AZ

Bayru: “Tramp düşmənlərin cəbhəsinə keçib”

AzVision.az xəbər verir ki, Fransanın baş naziri Farnsua Bayru “CNEWS” telekanalına müsahibəsində əslində dünya nizamını pozanlara qoşulan ABŞ-nin müttəfiqlikdən çıxdığını iddia edib.

“Bizim düşmənlərimizin düşərgəsinə qoşulmağa qərar verən birisi müttəfiqdirmi? Trampın hərəkətləri dünya nizamının məhvinə gətirib çıxarır. ABŞ isə düşmən deyil, daha çox qeyri-sabitlik mənbəyidir”, - Fransa XİN-in rəhbəri deyib.

Bayrunun sözlərinə görə, Tramp “müttəfiqlərini düşmənə çevirir” və İkinci Dünya müharibəsindən bəri mövcud olan ittifaqları yenidən formalaşdırmaqla qlobal gərginliyi artırır.

- Trampla razılaşdığım yeganə şey odur ki, Avropa təkbaşına özünü müdafiə etməli olacaq”,- Farnsua Bayru etiraf edib.

O, həmçinin ABŞ-nin planlaşdırdığı tariflərdən narahatlığını açqıalyaraq, Trampın Avropaya ticarət müharibəsi elan etdiyini söyləyib. Bu isə, onun fikrincə, Fransa iqtisadiyyatı üçün problemlərə yol açacaq.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
20
azvision.az

1Mənbələr