AZ

Suriya ordusu Tartusa nəzarəti ələ keçirib

Ölkənin yeni administrasiyasına bağlı Suriya təhlükəsizlik qüvvələri eyniadlı vilayətin inzibati mərkəzi olan Tartus şəhərini ələ keçirəcək və onu keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarından təmizləməyə başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu şəhərdə təhlükəsizliyi təmin etmək məqsədi daşıyan əməliyyatın komandiri bildirib.

Əməliyyat komandiri təhlükəsizlik qüvvələrinin "çox sayda keçmiş rejim döyüşçüsünü öldürdüyünü, silah və sursatları müsadirə etdiyini" iddia edib.

O, həmçinin qeyd edib ki, silahlı Əsəd tərəfdarları “Homs şəhərini Aralıq dənizi sahilləri ilə birləşdirən yol boyu pusqular və nəzarət məntəqələri qurublar”.

Seçilən
31
operativmm.az

1Mənbələr