AZ

Azərbaycan millisinin baş məşqçisi: "Bolqarıstanda növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik"

Bizim də növbəti mərhələyə yüksəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.

Bunu "Report"a açıqlamasında kişi həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Eldar Fərəcov deyib.

Mütəxəssis martın 11-dən 16-dək Bolqarıstanın Varna şəhərində təşkil olunacaq həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında iştirakla bağlı fikirlərini bölüşüb:

"Hazırlıq davam edir. Ölkə çempionatı davam etdiyi üçün istədiyimiz müddətdə məşqlərə başlaya bilmədik. Amma federasiyaya təşəkkür edirik. Bizə bunun üçün vaxt verdilər".

O, B qrupunda üz-üzə gələcəkləri rəqiblər haqqında da danışıb:

"Moldova ilə bir neçə dəfə qarşılaşmışıq. Məğlub olsaq da, bizdən güclü deyillər. Nigeriya güclü kollektivdir. Onlar Afrika çempionatında yaxşı çıxış etmişdilər, inkişafdadırlar. ABŞ isə dünya çempionatına qatılmışdı və yaxşı nəticələr qazanmışdı. Biz də bu yarışda istədiyimiz nəticələri əldə etməyə çalışacağq. Məncə, qrupun favoriti Nigeriyadır. Bizim də növbəti mərhələyə yüksəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi ABŞ, Nigeriya və Moldova ilə birgə B qrupunda yer alıb. A qrupunda isə ev sahibi Bolqarıstan, Böyük Britaniya, Kipr və Paraqvay komandaları mübarizə aparacaqlar.

Seçilən
8
report.az

1Mənbələr