AZ

Qazaxıstan PUA hücumuna görə Ukrayna ilə danışıqlar aparıb

Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz təyyarələrinin Krasnodar diyarında Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) neft nasos stansiyasına hücumundan sonra Qazaxıstan diplomatik kanallar vasitəsilə Ukrayna ilə əlaqə saxlayıb.

"Unikal" xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini Alibek Jamauov deyib.

“CPC-nin özünün verdiyi məlumata görə, hazırda bu ziyan hesablanır, konsorsium öz vəsaiti hesabına bu stansiyada yenidənqurma və təmir işləri aparır", - rəsmi bildirib. 

O qeyd edib ki, “xidmətlərimiz diplomatik kanallar vasitəsilə Ukrayna tərəfi ilə danışıqlar aparır”.

Gülayə Mecid 

Seçilən
17
unikal.az

1Mənbələr