AZ

Azərbaycanda kiberhücumların baş verməsi təbii haldır - Elvin Abbasov

"Ölkəmizdə rəqəmsallaşma sürətlə inkişaf edir, bir çox xidmətlər artıq rəqəmsal formada fəaliyyət göstərir. Bu baxımdan ölkəyə kiberhücumlarının intensivliyinin artması normaldır. Rəqəmsallaşan ölkələrə kiberhücumlar baş verir".

Bu fikirləri Redaktor.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov son zamanlar ölkəmizdə həm dövlət saytlarına, həm də bəzi media qurumlarının saytlarına kiberhücümları şərh edərkən bildirdi.

"Azərbaycanda dövlət qurumlarına kiber hücumlar müşahidə olunub. Bir-iki gün ərzində dövlət internet resurslarına daxil olmaqda ara-sıra məhdudiyyətlər yaranıb. Bu tip hallar daha əvvəl də baş vermişdi, amma son kiberhücumlar geniş həcimli idi. Bir çox dövlət qurumunun fəaliyyətinə eyni anda təsir edib. Məsələn, daha əvvəl inkişaf etmiş Estoniyaya çox ağır kiberhücumlar baş vermişdi. Hətta bütün ölkənin xidmətlərinin dayandırıldığı vaxtlar olmuşdur. Bu istiqamətdə ölkə çox ağır yoldan keçib və nəticədə inkişaf ediblər. Yəni bütün rəqəmsal istiqamətdə inkişaf etmiş ölkələrdə kiberhücumlar baş verir".

Sosial

Müsahibimiz bildirdi ki, Azərbaycanda kiberhücumların baş verməsi təbii haldır.

"Tək dövlət qurumlarına yox, biznes sahələrinə, informasiya agentliklərinə, universitetlərə, ictimai radiolara və sair yerlərə keçən 2-3 ay ərzində kiber hücumlar baş verib. Həmçinin İqtisadiyyat Universitetinin serverinə də kənar müdaxilələr edilib. Ən sonda dövlət qurumlarına hücumlar olub. Kiber hücumların növləri fərqlidir. İnformasiya resurslarına olan hücumlar kənar müdaxilə ilə serverə daxil olmaq idi. Müşahidə olunur ki, Azərbaycanda dövlət qurumlarına edilən kiber hücumlar daha çox DDoS müstəvisində olur. Kənar müdaxilə isə az müşahidə olunur. Əvvəlki illərdə isə daha çox idi", - deyə E.Abbasov qeyd etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
46
redaktor.az

1Mənbələr