AZ

ABŞ Ukraynadan nə qədər yardım alıb? - Podolyak

ABŞ Rusiya-Ukrayna münaqişəsi zamanı Kiyevə hərbi yardım da daxil olmaqla, 114 milyard dollar verib ki, bu da ABŞ Prezidenti Donald Trampın açıqladığı məlumatlara uyğun gəlmir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“ABŞ-ın Ukraynaya yardımının ümumi həcmi 300 milyard və ya 500 milyard dollar deyil, 114 milyard dollardır. Bu məbləğin bir hissəsi hərbi texnikaya xərclənib və bir hissəsi də ABŞ müdafiə şirkətlərinə gedib”, - Podolyak bildirib.

Almaniyadakı Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Ukrayna 24 fevral 2022-ci ildən 31 dekabr 2024-cü ilə qədər ABŞ-dan 114,2 milyard avro (123 milyard dollardan çox) yardım alıb, Avropa isə 132,3 milyard avro (143 milyard dollardan çox) məbləğində dəstək verib.

Seçilən
21
3
axar.az

4Mənbələr