ABŞ prezidenti Donald Tramp İranın dini lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək, İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp “İranın nüvə silahına malik olmaması lazım olduğunu” təkrarlayıb. O, Tehranın Vaşinqtonla danışıqlar aparacağına ümid etdiyini bildirib.