AZ

Ceyhun Bayramov Qazaxıstana gedəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 11-də Qazaxıstana rəsmi səfər edəcək.

Bu barədə "Report"un yerli bürosu Qazaxıstanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Səfər çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə danışıqların aparılması planlaşdırılır.

XİN başçıları arasında danışıqların yekunu üzrə Qazaxıstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında Fəaliyyət Planının imzalanması planlaşdırılır.

Seçilən
22
4
azpolitika.info

6Mənbələr