AZ

Tramp Xameneiyə məktub göndərdi


ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp ona İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılmasını təklif edib.
“Mən cümə axşamı İran liderinə məktub göndərdim, mən İranla sövdələşməyə üstünlük verərdim”, - ABŞ Prezidenti bildirib.
Tramp həmçinin bildirib ki, İran nüvə silahı əldə etməməlidir.
O, Tehranın Vaşinqtonla danışıqlar aparacağına ümid etdiyini əlavə edib.
Seçilən
123
22
yeniavaz.com

10Mənbələr