Futbol üzrə I liqanın lideri "Qəbələ"nin cari mövsüm daha bir seriyası qırılıb. 

Offsideplus.az xəbər verir ki, Kaxaber Sxadadzenin yetirmələri bu çempionatda ilk dəfə qapısından 1-dən çox top buraxıblar.

Müdafiə xəttinin etibarlılığı ilə seçilən "Qəbələ" XIV turda "İmişli" ilə oyuna (2:1) qədər rəqiblərinə ümumiyyətlə fərqlənməyə imkan verməmişdi. Bu gün XVII tur çərçivəsində isə debütant "Cəbrayıl" gözlənilmədən qəbələliləri iki dəfə məyus edib. Buna baxmayaraq, "Cəbrayıl" məğlubiyyətlə üzləşib.

"Cəbrayıl" - "Qəbələ" 2:3

"Karvan"  - "Zaqatala" 3:2

"İmişli" - "Mingəçevir" 0:1