AZ

Tramp İran liderinə məktub göndərib -

ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Tramp “Fox Business” telekanalına müsahibəsində verib. 

 

ABŞ prezidenti qeyd edib ki, o, məktubunda İrana nüvə proqramına dair danışıqlar üzrə təklif verib. Həmin təklifində Tramp İranla saziş bağlamağa üstünlük verdiyini qeyd edib.

 

Tramp Əli Xameneiyə İranın nüvə silahı əldə etməməli olduğuna dair fikrini çatdırıb. Prezident ümid edir ki, ABŞ və İran arasında danışıqlar baş tutacaq.

 

Bəsti

Seçilən
26
sfera.az

1Mənbələr